Mədəniyyət

Bakıda "Mariupolis 2" filmi nümayiş olunacaq

10 May 2023 17:28
Baxış: 1 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 17-si saat 18:00-da "Landmark Rotunda" zalında "Mariupolis 2" filmi nümayiş olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Litva və Ukraynanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək.

"Mariupolis 2" Ukraynada həlak olmuş Litva rejissoru Mantas Kvedaraviçyusun filmidir. Avropa Kino Akademiyası tərəfindən 2022-ci ilin ən yaxşı sənədli filmi adına, 75-ci Kann kinofestivalında isə münsiflər heyətinin "Qızıl göz" xüsusi mükafatına layiq görülüb.

"Mariupolis 2" Mariupol sakinlərinin müharibə şəraitində yaşayışından bəhs edən sənədli filmdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.