Ölkə

Gəncədə FACİƏ: Xəstəxanadakı yanğında reanimasiyada yatan xəstə ÖLDÜ

26 Aprel 2023 11:20
Baxış: 1 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb. Xəstə yanğın zamanı reanimasiyada idi. 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.