Ölkə

Şagirdlər məktəbdə təmizlik işçilərinə belə jest etdilər - VİDEO

11 Mart 2023 16:44
Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbinin oğlan şagirdləri bu təhsil müəssisində çalışan təmizlik işçilərinə jest ediblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, könüllü qrupun üzvləri 8 Mart - Beynəlxalq Qadınlar Günündə sinifləri, dəhlizləri təmizləyib, pəncərələri silib, səliqə-səhman yaradıblar.

Onlar təmizlik işçilərinə təbriklərini bu şəkildə çatdırıblar.

Həmin görüntülər sosial şəbəkələrdə də sürətlə yayılıb. Çoxsaylı izləyicilər şagirdlərin bu addımını alqışla qarşılayıb.

Məktəbin xadimələri də bu kreativ  təbriki çox maraqla qarşıldıqlarını bildiriblər.

Qeyd edək ki, məktəbin oğlan şagirldəri hər il bu addımı təkrarlmaq fikrindədirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.