Ölkə

Akademik: Zəlzələlərin davam edəcəyi gözlənilir

8 Fevral 2023 12:13
Baxış: 1 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son 20 ildə yer aktivlik dövrünü yaşayır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu akademik Fəxrəddin Qədirov Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda bu il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr mövzusuna həsr olunmuş Ümumrespublika elmi seminarında deyib.

Onun sözlərinə görə, Afrika piltəsinin aktivləşməsi Ərəb piltəsinin də aktivləşməsinə səbəb olub: "Nəticədə də biz, bölgədə belə zəlzələlərin şahidi oluruq və görünür ki, hələ davam edəcək. Türkiyədə baş verən zəlzələlərdən sonra afterşoklar hələ də davam edir. Düzdür, zəlzələnin baş verəcəyi vaxtı proqnozlaşdırmaq mümkün deyil, amma onunla yaşamağı öyrənməliyik. Hesab edirik ki, Xoyda olan zəlzələ də Ərəb piltəsindəki aktivləşmənin nəticəsi idi".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.