“Azərbaycanı da pisləməyi unutmayın” çağırışına şillə kimi CAVAB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 27-si dünya səhəri Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu xəbəri ilə açdı. "Kalaşnikov" silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirdi.
Tehrandakı Azərbaycan səfirliyinə hücum ilə İranın üzərinə dünyanın hər yerindən törədilən bu terror aktını pisləyən bəyanatlar axını gəldi. Ölkələr, beynəlxalq təşkilatlar, onların rəhbərləri terror aktını pislədilər.
Bütün dünyanın terora görə İranı pislədiyi bir zamanda Azərbaycan mediasında bir qrup jurnalist hələ bir il öncə qəbul edilmiş Media haqqında Qanun və Media Reyesterinə etiraz etdilər.
https://www.amerikaninsesi.org/a/6940390.html
2022-ci ilin fevralından ölkədə qüvvəyə minən "Media haqqında" Qanun və Media Reyestri ilə bağlı "Mövqe sənədi" adlı kommunike imzalayan "müstəqil jurnalistlər" Azərbaycanın üzvü olduğu beynəlxalq qurumlardan bu məsələyə həssas yanaşmağı, həmçinin Azərbaycan hakimiyyətindən dövlətin qoşulduğu konvensiyalara əməl etməyi tələb etdilər və bu kampaniya bir həftədir artıq davam edir.
Media Reyesteri
Qəbul edilmiş Media haqqında Qanunun tətbiqi ilə ölkədə media sisteminin formalaşması və inkişafının əsas yollarını müəyyənləşdirməsi, media ilə cəmiyyət arasında münasibətlərin əsas modellərinin sosial münasibətlər kontekstində institutsionallaşması və peşəkar standartların formalaşması üçün bir sıra islahatlara start verilmişdir.
Heç kimə sirr deyil ki, son illər bütün dünya, həmçinin də Azərbaycan da media sistemləri jurnalist mətnlərinin formatları, peşəkar davranış meyarları və jurnalist normaları və s. kimi mövzularda bir durğunluqla üz-üzədir.
Bu xüsusda, bütün dünyada milli qanunvericilik və onun tətbiqi ilə mediada intelektual mülkiyyət, müəllif hüquqları, peşəkar jurnalist və korporativ mədəniyyətlər və s. kimi media siyasətinin spesefik xüsusiyyətlərini formalaşdırmağa çalışılır.
Bir sözlə, media sənayesi yeni şərtlərə adaptasiya olunur.
Azərbaycan bu şərtlərə həm də dövlət və cəmiyyət maraqları naminə, daxili və xarici trendlərə dayanıqlı media standartları formalaşdırmaq ehtiyacı duyan ölkələr sırasındadır.
Daxili və xarici trendlər haqqında danışırıqsa, İranın hər iki istiqamətdən Azərbaycanla yönəlik təbliğat sistemləri qurması haqqında ölkə mediasında geniş araşdırmalar dərc olunub.
Həmçinin bu günlərdə Azərbaycan mediasında "İran səfirliyinin vatsap qrupunda Azərbaycanda fəaliyyət göstərən 60-a yaxın media subyekti və jurnalistin olması haqqında məlumat tirajlandı.
Hər hansı bir ölkə səfirliyinin, xüsusi ilə öz ərazisində bizim səfirliyə terror aktı törədəcək qədər düşmən münasibət bəsləyən ölkənin səfirliyinin 60-a yaxın azərbaycanlı jurnalisti və media rəhbərini bir qrupa toplaması aydındır ki, bu media təsisat və fərdləri öz təbliğatı üçün istifadə etmək məqsədi güdür.
İranın Azərbaycan səfirliyinə terror hücumuna beynəlxalq təpkilərin gəldiyi bir zamanda hələ bir il öncə qəbul edilmiş qərara, yeni şərtlərə görə ölkənin media müstəvisinin böyük əksəriyyətinin artıq qeydiyyata düşdüyü və ya qeydiyyat üçün sənədləri təqdim etdiyi bir vaxtda, etiraz etməklə Azərbaycanı hədəfə gətirməyin özü İranı müdafiə etməyin bir üsuludur.
Son onilikdə Azərbaycan cəmiyyətində daha çox Qərbyönümlü kimi tanınan şəxslərin, qht və media təsisatların həssas günlərdə İranın Azərbaycanda nüfuz agentləri kimi çıxış etməsi adi hal olub.
İntensiv şəkildə Qərb institutları ilə əməkdaşlıq edən, ABŞ və Avropa fondlarından qrantlar alıb, İranın maraqlarına xidmət etməklə adəti formalaşıb.
İranın Gəncədə, Nardaranda təşkil etdiyi hadisələr zamanı təşkilatçı və iştirakçı kimi həbs olunanlar ölkədəki Qərb institutlarına bağlı, insan haqqları müdafiəçiləri şəbəkəsi tərəfindən müdafiə olunurlar.
Bəlli "QHT, KİV və hüquq müdafiəçiləri"ndən ibarət şəbəkə İran təxribatlarında yer almış şəxslərin müdafiəçisi qismində çıxış edirlər.
https://www.youtube.com/watch?v=3M8s7UCjWC0
Səfirliyə terror hücumundan sonra Avropada sığınacaq tapmış çoxsaylı azərbaycanlı mühacirlərin, QHT və KİV təmsilçilərinin əksəriyyətinin fəaliyyətlərində İran təssübkeşliyi aydın görsənir.
Bu günlərdə qərbdə sığınacaq tapmış çoxsaylı azərbaycanlı mühacirlər , QHT və KİV təmsilçilərinin əksəriyyəti, daxildə qərbyönümlü siyasi, qht və diğər simalarla birgə səfirlikdəki terroru məişət zəmnində cinayət kimi təqdim edən təbliğatla səfərbər olunublar.
https://www.youtube.com/watch?v=DIjWiL2vhlc
Bu son illər qərb institutlarında Azərbaycanla bağlı xoşməramlı olmayan proseslərin təşkilində "arqumentlər" kimi Azərbaycan mediasında gedən yazılara, məlumatlara istinad olunma təcrübəsi tətbiq edilir. Qərbin siyasi , qht və media institutlarında Azərbaycanla bağlı bütün təxribatçı mövzuların elə azərbaycanlıların özlərinə istinadən tirajlanması təcrübəsinin tətbiqindən elə ən çox İran yararlanır.
Artıq bir həftədir ki, Avropada sığınacaq tapmış bir sıra mühacir media ressurslar, QHT və KİV-lər dünyanın terror kimi tanıdığı və pislədiyi hadisəni terror deyil, məişət zəmnində qisasçılıq cinayəti olmasını kimi bir zəminlə təbliğat aparırlar.
Azərbaycan mediasında bir qrup jurnalistin isə hələ bir il öncə qəbul edilmiş Media haqqında Qanun və Media Reyesterinə indi etiraz etməsi səfirliyə hücumundan yaranan beynəlxalq diqqətdən yararlanmaq məqsədi güdür. Ancaq bu həm də təxminən "Azərbaycanı da pisləməyi unutmayın" çağırışı kimi səslənir.
Yeganə Hacıyeva,
Mətbuat Şurasının İdarə Heyətinin üzvü
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)





