“Azərbaycanı da pisləməyi unutmayın” çağırışına şillə kimi CAVAB

3 Fevral 2023 13:43

Yanvarın 27-si dünya səhəri Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu xəbəri ilə açdı. "Kalaşnikov" silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirdi.

https://apa.az/az/siyasi/azerbaycan-sefirliyine-silahli-hucum-iran-terror-dovleti-oldugunu-bir-daha-tesdiqledi-tehlil-744774

Tehrandakı Azərbaycan səfirliyinə hücum  ilə İranın üzərinə dünyanın hər yerindən törədilən bu terror aktını pisləyən bəyanatlar axını gəldi.  Ölkələr, beynəlxalq təşkilatlar, onların rəhbərləri terror aktını pislədilər.

Bütün dünyanın terora görə İranı pislədiyi bir zamanda Azərbaycan mediasında bir qrup jurnalist hələ bir il öncə qəbul edilmiş Media haqqında Qanun və Media Reyesterinə etiraz etdilər.

https://www.amerikaninsesi.org/a/6940390.html

2022-ci ilin fevralından ölkədə qüvvəyə minən "Media haqqında" Qanun və Media Reyestri ilə bağlı "Mövqe sənədi"  adlı kommunike imzalayan "müstəqil jurnalistlər" Azərbaycanın üzvü olduğu beynəlxalq qurumlardan bu məsələyə həssas yanaşmağı, həmçinin Azərbaycan hakimiyyətindən dövlətin qoşulduğu konvensiyalara əməl etməyi tələb etdilər və bu kampaniya bir həftədir artıq davam edir.

https://jam-news.net/az/az%C9%99rbaycanli-jurnalistl%C9%99r-media-haqqinda-qanuna-v%C9%99-media-reyestrin%C9%99-etiraz-edir/

Media Reyesteri

Qəbul edilmiş Media haqqında Qanunun tətbiqi ilə ölkədə  media sisteminin formalaşması və inkişafının əsas yollarını müəyyənləşdirməsi, media ilə cəmiyyət arasında münasibətlərin əsas modellərinin sosial münasibətlər kontekstində institutsionallaşması və peşəkar standartların formalaşması üçün bir sıra islahatlara start verilmişdir.

Heç kimə sirr deyil ki, son illər  bütün dünya, həmçinin də Azərbaycan da media sistemləri  jurnalist mətnlərinin formatları, peşəkar davranış meyarları və jurnalist normaları və s. kimi mövzularda bir durğunluqla üz-üzədir.

Bu xüsusda, bütün dünyada milli qanunvericilik və onun tətbiqi ilə mediada intelektual mülkiyyət, müəllif hüquqları, peşəkar jurnalist və korporativ mədəniyyətlər və s. kimi media siyasətinin spesefik xüsusiyyətlərini formalaşdırmağa çalışılır.

Bir sözlə, media sənayesi yeni şərtlərə adaptasiya olunur. 

Azərbaycan bu şərtlərə həm də dövlət və cəmiyyət maraqları naminə, daxili və xarici trendlərə dayanıqlı media standartları formalaşdırmaq ehtiyacı duyan ölkələr sırasındadır.

Daxili və xarici trendlər haqqında danışırıqsa, İranın hər iki istiqamətdən Azərbaycanla yönəlik təbliğat sistemləri qurması haqqında ölkə mediasında geniş araşdırmalar dərc olunub.

https://apa.az/az/media/iranin-tebligat-ve-texribat-plani-molla-rejimi-yeni-elementlerden-istifade-edir-arasdirma-733420

Həmçinin bu günlərdə Azərbaycan mediasında "İran səfirliyinin vatsap qrupunda Azərbaycanda fəaliyyət göstərən 60-a yaxın media subyekti və jurnalistin olması haqqında məlumat tirajlandı.

Hər hansı bir ölkə səfirliyinin, xüsusi ilə öz ərazisində bizim səfirliyə terror aktı törədəcək qədər düşmən münasibət bəsləyən ölkənin səfirliyinin 60-a yaxın azərbaycanlı jurnalisti və media rəhbərini bir qrupa toplaması aydındır ki, bu media təsisat və fərdləri öz təbliğatı üçün istifadə etmək məqsədi güdür.

İranın Azərbaycan səfirliyinə terror  hücumuna beynəlxalq təpkilərin gəldiyi bir zamanda hələ bir il öncə qəbul edilmiş qərara, yeni şərtlərə görə ölkənin media müstəvisinin böyük əksəriyyətinin artıq qeydiyyata düşdüyü və ya qeydiyyat üçün sənədləri təqdim etdiyi bir vaxtda,  etiraz etməklə Azərbaycanı hədəfə gətirməyin özü  İranı  müdafiə  etməyin bir üsuludur.

Son onilikdə  Azərbaycan cəmiyyətində daha çox  Qərbyönümlü kimi tanınan şəxslərin, qht və media təsisatların həssas günlərdə İranın Azərbaycanda nüfuz agentləri kimi çıxış etməsi adi hal olub.

İntensiv  şəkildə Qərb institutları ilə əməkdaşlıq edən, ABŞ və  Avropa fondlarından qrantlar alıb,  İranın maraqlarına xidmət etməklə adəti formalaşıb.

İranın Gəncədə,  Nardaranda təşkil etdiyi hadisələr zamanı təşkilatçı və iştirakçı kimi həbs  olunanlar  ölkədəki Qərb institutlarına bağlı,  insan haqqları müdafiəçiləri şəbəkəsi tərəfindən müdafiə olunurlar.

Bəlli "QHT, KİV və hüquq müdafiəçiləri"ndən ibarət şəbəkə İran təxribatlarında yer almış şəxslərin müdafiəçisi qismində çıxış edirlər.

https://www.youtube.com/watch?v=3M8s7UCjWC0

Səfirliyə terror hücumundan sonra Avropada sığınacaq tapmış çoxsaylı azərbaycanlı mühacirlərin, QHT və KİV təmsilçilərinin  əksəriyyətinin fəaliyyətlərində İran təssübkeşliyi aydın görsənir.

Bu günlərdə qərbdə sığınacaq tapmış çoxsaylı azərbaycanlı mühacirlər , QHT və KİV təmsilçilərinin  əksəriyyəti, daxildə qərbyönümlü siyasi, qht və diğər simalarla birgə səfirlikdəki  terroru məişət zəmnində cinayət kimi təqdim edən  təbliğatla  səfərbər olunublar.

https://www.youtube.com/watch?v=DIjWiL2vhlc

Bu son illər qərb institutlarında Azərbaycanla bağlı xoşməramlı olmayan proseslərin təşkilində "arqumentlər" kimi Azərbaycan mediasında gedən yazılara, məlumatlara istinad olunma təcrübəsi tətbiq edilir. Qərbin siyasi , qht və media institutlarında Azərbaycanla bağlı bütün təxribatçı mövzuların  elə azərbaycanlıların özlərinə istinadən tirajlanması təcrübəsinin tətbiqindən elə ən çox İran yararlanır.

Artıq bir həftədir ki, Avropada sığınacaq tapmış bir sıra mühacir media ressurslar, QHT və KİV-lər dünyanın terror kimi tanıdığı və pislədiyi hadisəni terror deyil, məişət zəmnində qisasçılıq cinayəti olmasını kimi bir zəminlə təbliğat aparırlar.

Azərbaycan mediasında bir qrup jurnalistin isə hələ bir il öncə qəbul edilmiş Media haqqında Qanun və Media Reyesterinə indi etiraz etməsi səfirliyə hücumundan yaranan beynəlxalq diqqətdən yararlanmaq məqsədi güdür. Ancaq bu həm də təxminən "Azərbaycanı da pisləməyi unutmayın" çağırışı kimi səslənir.

Yeganə Hacıyeva,
Mətbuat Şurasının İdarə Heyətinin üzvü