Ölkə

Vasif Talıbovun halı pisləşdi - Bakıdan həkimlər çağrıldı

19 Yanvar 2023 14:23
Baxış: 4 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.

Milli.Az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.

Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gəlib.

Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.

Başqa bir məlumatda isə Talıbovun hər iki övladının Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə, bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.