Ölkə

Avtobusun vurduğu 10-cu sinif şagirdinin FOTOsu

11 Yanvar 2023 15:01
Baxış: 4 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda avtobus vurması nəticəsində vəfat edən məktəblinin adı və yaşı dəqiqləşib. 

Milli.Az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, bu, Göyüşov İsa Vüqar oğludur. 

O, paytaxtdakı 86 nömrəli tam orta məktəbin X sinfində təhsil alırdı. 

Qeyd edək ki, hadisə ötən gün saat 16:30 radələrində Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib. 44 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı xətt avtobusunun İ. Göyüşovu vurması nəticəsində məktəbli hadisə yerində dünyasını dəyişib. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.