Ölkə

Marketdə kərə yağı adı altında görün nə satırlar... - FOTOlar

27 Dekabr 2022 10:10
Baxış: 6 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə marketdə kərə yağı adı altında bitki tərkibli yağların satışa çıxarıldığı aşkarlanıb.

Bu barədə Milli.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Sadıllı qəs., məh. E-3, sahə 19m ünvanında fəaliyyət göstərən "Nur" marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitki tərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib. Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.