Ölkə

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 5 nəfər Rusiyadan ekstradisiya edilib

26 Dekabr 2022 14:49
Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əzizov Aydın Əjdər oğlu, Əskərov Mirsadiq Rakif oğlu, Bağırov Fərid Ümüdvar oğlu, Həsənov Pünhan Camal oğlu, Yusifov Taleh Rəşid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa elan ediliblər.

21.12.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə yuxarıda göstərilən şəxslər Rusiya Federasiyasından Azərbaycana gətiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.