Ölkə

Fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar

23 Dekabr 2022 11:47
Baxış: 1 044
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tərtərdə fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Əzizov və Sabit Hüseynli saxlanılıblar. Onların fərdi yaşayış evlərindən məişət əşyaları oğurladıqları müəyyən edilib.

Adıçəkilən şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs ediliblər, faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.