Ölkə

Vasif Talıbovun evinin polis tərəfindən mühafizəsi dayandırılıb? - Rəsmi AÇIQLAMA

20 Dekabr 2022 14:12
Baxış: 3 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun evinin polis mühafizəsi tərəfindən qorunması xidmətinin dayandırılması haqda xəbərlər yayılıb. 

Milli.Az bildirir ki, Manset.az yayılan xəbərlə bağlı açıqlama alıb. Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsini icra edən polis mayoru Elvin Səfərli açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib.

"Naxçıvan MR Ali Məclisinin sədrinin evinin polis mühafizə xidməti tərəfindən qorunması davam edir. Bu barədə yayılan məlumat doğru deyil. Hazırda da mühafizə xidməti davam etməkdədir. Dünən yayılan xəbərlərdə adıçəkilən Hümbət Allahverdiyev bizdə mühafizənin komandiri vəzifəsində çalışır. O kiməsə belə bir göstəriş verməyib".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory