Ölkə

Gəncədə xəstəxanaya hücum edən Vətən müharibəsi iştirakçısı saxlanıldı

13 Dekabr 2022 11:11
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə xuliqanlıq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Milli.Az-a bildirilib ki, Oxan Mustafayev gecə saatlarında nənəsinə tibbi yardım üçün çağırışa gəlmiş Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşı ilə heç bir əsas olmadan mübahisə edərək onun sifət nahiyəsinə yumruqla zərbələr vurub.

"O, müxtəlif xəsarətlər yetirdikdən sonra TTYS-nın inzibati binasına gələrək, nalayiq ifadələr işlətməklə səs-küy salmış, şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə üzərində gəzdirdiyi bıçaqla stansiyada qeydiyyatçı işləyən xanımı itələyib, əlində olan bıçaqla onu öldürməklə hədələyib, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edib", - Eşqin Qasımov deyib.

Baş inspektor Orxan Mustafayevin saxlanıldığını, onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işinin başlandığını, araşdırmaların davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, Orxan Mustafayev Vətən müharibəsi iştirakçısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.