Ölkə

Kürdəmirdə qadın xəstəxanada ölüb

12 Dekabr 2022 09:29
Baxış: 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilmişdir ki, Saray Eminova dekabrın 10-da "uşaqlığın leomioması, qanaxma ilə anemiya" diaqnozu ilə xəstəxanaya daxil olmuş, həmin gün saat 12:00-da isə əməliyyat olunmuşdur. Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat etmişdir.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.