Təhsil ocağını gecikən şagirdlərin üzünə bağlayan 115 saylı orta məktəb - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədi rayonu 115 saylı tam orta məktəbin şagirdləri dərsə gecikdikləri üçün məktəbə buraxılmır. Şagirdlər düz 45 dəqiqə məktəbin ərazisində gözləməli olurlar.
Milli.Az xəbər verir ki, "ATV Xəbər" əməkdaşları, qaynar xəttinə daxil olan videogörüntüləri əsas tutaraq, məsələ ilə bağlı həmin məktəbə üz tutublar.
Şagird və valideynlərin sözlərinə görə, bu artıq adi hala çevrilib.
Şagird: "Gecikənləri içəri buraxmırlar. Deyirlər ki, 45 dəqiqə burada dayanmalısınız. 2-ci dərsə buraxırlar".
Valideyn: "8 tamam oldu, qapı bağlanır. Raşotkanın başından içəri tullananlar da olur. Arxa qapıdan müəllimləri qəbul edirlər. 45 dəqiqə uşaqlar çöldə qalır".
Şagird: "5 dəqiqə gecikdin, qoymurlar. Ordan zavuç qışqırır ki, davay bağla. Həyətə girmək olmaz. Qapını bağlayırlar".
Şagirdin dərsə gecikməsinə haqq qazandırmaq olmaz. Bəs onların 45 dəqiqə məktəbdən kənarda gözlədilməsi necə, qanuna uyğundurmu? Bu suala cavab tapmaq üçün məktəbə daxil olmaq istəyən "ATV Xəbər"in əməkdaşı da saatlarla məktəbin bağlı qapıları arxasında gözləməli olub.
Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zahid Canayev çıxaraq, yayılan görüntülərin əsasız olduğunu bildirib:
"Video atılıbsa, orada gərək görünərdi, saat neçədə atılıb. Amma 08:00-da qapı bağlanmır. 15 dəqiqəyə qədər şagirdlər gecikəndə onları dərhal buraxırıq içəri. 15 dəqiqdədən artıq gecikəndə isə, onları aparırıq foyeyə, ya da ki, akt zalına. Söhbət edirik, təşkilatçı danışır, mən danışıram. Həmin o 45 dəqiqəni tamamlayırıq, sonra 2-ci 45 dəqiqədə də onlar dərhal öz sinfinə daxil olur. Kiminsə acığı tutub nə isə deyib, bu əlbəttə ki, fakt deyil".
Bakı şəhəri üzrə təhsil idarəsindən isə "ATV Xəbər"ə bildirildi ki, əlavə şərhə ehtiyac yoxdur. Məktəb rəhbərliyinin verdiyi açıqlama kifayətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun





