Bakıda 23 ailənin "TABUTU" - Ölümünü hər gün yaşayanları KİM XİLAS EDƏCƏK? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabunçu qəsəbəsində "Stansiyanın yanı, 32" adlanan ünvanda yerləşən bir əsrlik tarixə malik binada yaşayan sakinlər Milli.Az-a həyəcan təbili verən məzmunlu məktubla müraciət ediblər.
Həyatlarının hər an təhlükədə olduğunu deyən sakinlər aidiyyatı qurumların dərdlərinə əlac olmaq istəmədiklərindən gileylənirlər.
Az qala başlarına uçacağını deyən 23 ailənin yaşadığı qəzalı vəziyyətdə olan bu köhnə tikilinin sakinləri qeyd edirlər ki, artıq bədbinliyə o qədər qapılıblar ki, hər axşam səhərə çıxmayacaqları düşüncəsi ilə yatmaq məcburiyyətində qalırlar.

Hətta aralarında ötən əsrdən qalan bu uçuq-sökük iki mərtəbəli binanın elə sakinləri də var ki, "bina indi uçar" deyə, qorxudan gecəni səhərə kimi gözlərinə yuxu getmədiyini bildirirlər.
Bina sakinlərinin göndərdiyi görüntülərdən də görünür ki, 1 əsr yaşı olan bu köhnə tikilinin tavanı yararsız vəziyyətə gəlib, döşəməsi isə hər an ayaq altından "qaçmağa" hazırdır.
Təəssüf ki, tikilinin divarlarından isə heç danışılası deyil. Binanın müxtəlif hissələrində artıq uzun illərdir yaranan iri çatlar yaşayışa yararsız hala gələn bu köhnə tikilinin 23 ailədən ibarət sakinləri üçün istənilən an məzara dönmək təhlükəsindən xəbər verir. Yaşayış binasını ayaq üstə saxlayan taxtalar isə artıq çürüyüb.

Sakinlərin Milli.Az-a verdiyi məlumata görə, aidiyyatı qurumlar binaya dəfələrlə gəlib baxış keçirərək tikilinin QƏZALI VƏZİYYƏTDƏ olması barədə rəy versələr də, lakin onlara binanın sökülməsi və ərazidən köçürülmələri barədə heç bir cavab verilməyib.
Güclü külək olanda binada silkələnməni adi gözlə görməyin mümkün olduğunu bildirən bina sakinləri onların səsinə səs verənin tapılmadığını, hər gün daha da böyüyən və yaranan yeni çatların yaxın zamanda böyük faciə ilə nəticələnəcəyindən narahatlıqlarını qeyd edirlər.

Artıq 100 yaşı olan bu binanın bədgüman sakinləri onu da əlavə ediblər ki, ailələr hərə öz yaşadığı mənzilin böyür-başına bir şey yamayır ki, qəzalı vəziyyətdə olan bu köhnə tikili çökməsin.
Sakinlər evi təmir etməyin artıq heç bir əhəmiyyət daşımadığını, yağışdan sonra çəkilən xərcin də tavandan axan yağış sularında batdığını bildirərək, tez bir zamanda bu haraylarına aidiyyatı qurumlardan nəhayət şad xəbər alacaqlarına ümid etdiklərini deyirlər.
Sakinlərdən verilən məlumata görə binanın qəzalı vəziyyətdə olduğu barədə ilk rəy hələ Sovet dövründə - 1973-cü ildə verilib. Bəs, istismar müddəti hələ 50 il bundan əvvəl bitən bu tikilidə 23 ailəni yaşamaq məcburiyyətində qoyan kim(lər)dir?
Biz də Milli.Az olaraq istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binasındakı bu acınacaqlı vəziyyətin faciə ilə bitmədən əncam çəkiləcəyinə ümid edirik:
Təhməz Əsədov
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
XƏBƏR LENTİ
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)





