Ölkə

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

14 Noyabr 2022 12:48
Baxış: 1 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, keçirilmiş tədbirlər nəticəsində Qazax rayon sakini 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram "marixuana", 100 qram "tiryək" və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli "metadon-40" həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.