Ölkə

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan şəxs həbs olundu - FOTO

5 Noyabr 2022 11:48
Baxış: 1 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astarada avtoxuliqanlıq edərək həmin görüntüləri sosial şəbəkədə paylaşan şəxs həbs olunub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara rayon sakini Elşən Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozub.

Digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan bu əməlini, eyni zamanda sükan arxasında spirtli içki qəbul etməsinə dair görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs müvafiq tibbi müayinədən keçdikdən sonra isə onun həm də narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib. İntizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Əliyev 25 gün müddətində inzibati qaydada həbs edilib

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.