Ölkə

Azərbaycanda DƏHŞƏT: Kişi oteldə qadını boğaraq öldürdü - VİDEO

3 Noyabr 2022 11:19
Baxış: 4 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda qətl hadisəsi baş verib. 26 yaşlı oğlan oteldə 32 yaşlı qadını boğaraq öldürüb.

Milli.Az Manset.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkəyə video yerləşdirilib.

Hadisə oktyabrın 31-i səhər 05:00 radələrində qeydə alınıb. Masazır qəsəbəsindəki otellərdən birində 32 yaşlı Turanə Cavadovanın üzərində xəsarət izləri olan meyiti aşkarlanıb.

Abşeron rayon Prokurorluğu və polis əməkdaşları tərəfindən istintaq əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. 1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah məqsədilə zərərçəkmişi boğub öldürərək üzərindəki 150 AZN pulu götürərək hadisə yerindən qaçması barədə əsaslı şübhələr müəyyən edilib.

R.Nifətliyev polis əməkdaları tərəfindən tutlaraq istintaqa təhvil verilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.