Ölkə

Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb

3 Noyabr 2022 09:29
Baxış: 2 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.

Milli.Az-ın xəbərinə görə, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Bukitayeva Yelena İvanovna evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Hacıyev Xəzər Rafi oğlu ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.