Ölkə

Bu şəxslərin maaşlarına 1,1 misli məbləğində əlavələr ediləcək

18 Oktyabr 2022 12:50
Baxış: 4 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Hazırda miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Eyni zamanda miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər. Layihəyə əsasən, 2023-cü il yanvarın 1-dən bu maddələr qüvvədən düşəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.