Ölkə

Azərbaycan bu şəxsi İnterpol xətti ilə axtarır - FOTO

18 Oktyabr 2022 09:41
Baxış: 5 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İntepolun saytında məlumat qeyd olunub.

Bildirilib ki, Azərbaycan vətəndaşı, 1979-cu ildə anadan olan Yusif Əliyev külli miqdarda dələduzluqda və sağlamlığa ağır zərər vurma əməllərində təqsirləndirilir.

Onun barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması üçün İnterpola müraciət edilib.

Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.