Ölkə

Su basan yolda uzun tıxaclar yaranıb: Polis iş başındadır - VİDEO

15 Oktyabr 2022 10:33
Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basması ilə bağlı Bakı-Qazax magistralı və əks istiqamətdə uzun tıxaclar yaranıb.

Hadisə yerində olan sürücülər bildiriblər ki, onlar artıq 40 dəqiqədən artıqdır ki, tıxacda dayanıblar. Yolda hərəkətin iflic vəziyyətə düşdüyü bildirilir. 

Daxili İşlər Nazirliyi də Bakı-Qazax avtomagistralındakı vəziyyətlə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir. 

Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.