Ölkə

Dələduzluğa görə axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub

7 Oktyabr 2022 12:12
Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Namiq Əlistanov 11.07.2022-ci il tarixdə Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb. 05.10.2022-ci il tarixdə o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.