Ölkə

Qəzada yaralanan 17 yaşlı Alişan vəfat etdi - FOTO

7 Oktyabr 2022 10:22
Baxış: 2 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gün əvvəl Biləsuvarda baş vermiş ağır qəzada yaralanan şəxslərdən biri ölüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 5 saylı Cəbrayıl məcburi köçkün qəsəbəsinin Şahvəlli kəndi ərazisində yük avtomobili ilə minik avtomobilin toqquşması nəticəsində xəsarət alan 2005-ci il təvəllüdlü Məhərrəmov Alışan Vidadi oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Avtomobilin sürücüsü və digər sərnişinin müalicəsi isə davam etdirilir.

Qəzada vəfat edən 17 yaşlı Alişan Məhərrəmov Cəbrayıl rayonu, İ.Tahirov adına Mehdili kənd tam orta məktəbini bu il bitiribmiş.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.