Ölkə

Azərbaycanda qəribə hadisə: Qarğıdalı yeyən gənc öldü - Nişanlı idi

12 Sentyabr 2022 20:46
Baxış: 3 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:46

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı Mustafayev Vüqar Möhlüd oğlu nişanlı idi, bu yaxınlarda toy edəcəkdi.

-------

12:00

Şəkidə 28 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən gün rayonun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V. Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V. Mustafayevə göstərilən yardımlara baxmayaraq, səhər saatlarına yaxın onda bioloji ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.