Ölkə

Laçında su təsərrüfatı YENİDƏN QURULUR - FOTO

12 Sentyabr 2022 10:00
Baxış: 1 385
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Laçın rayonundakı əkin sahələrinə suyun maneəsiz axınını təmin etmək məqsədilə kanalların lildən təmizləmə işləri aparılır.  

Milli.Az xəbər verir ki, bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, rayonun 18510 hektar suvarmaya yararlı sahələri var. Bu ərazilərin 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.

Rayon Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axını ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir.

Qeyd edək ki, rayon ərazisində 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vasitəsilə 53700 m3 su verməklə 33190 hektar əkin sahəsinin suvarılması təmin edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.