Ölkə

Qardaşı ilə münaqişədən sonra damarlarını kəsib suya atılıbmış...

6 Sentyabr 2022 11:37
Baxış: 1 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üç gün əvvəl Şirvanda özünü Kür çayına ataraq intihar edən şəxslə bağlı bəzi faktlar üzə çıxıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Şirvandan Sabirabada gedən yolun üzərindəki körpüdən özünü çaya ataraq həyatına son qoyan Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Hüseynov Səyyad Ağasəf oğlu bölgədə neft hasilatı ilə məşğul olan "Qarasu Əməliyyat şirkəti"nin əməkdaşı olub.

İlkin araşdırmalar zamanı hadisənin ailə münaqişəsi zəminində baş verdiyi məlum olub. Qardaşı ilə münaqişə yaşayan 40 yaşlı şirkət əməkdaşı daha sonra körpü istiqamətinə gedərək damarlarını kəsib və özünü hündürlükdən suya atıb. Onun meyiti bir neçə saat sonra FHN-in xilasediciləri tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.