Balakəndə əməliyyat: narkotik satan və silah gəzdirən şəxslər saxlanılıb - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan və üzərində "Kalaşnikov" avtomatı gəzdirən ümumilikdə 7 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının rayon ərazisində yerləşən yüksək dağlıq ərazilərdə birgə keçirdikləri "Darama" əməliyyatları zamanı 3 narkotik plantasiyası aşkar edilib. Həmin plantasiyaları salan şəxslərdən yaş halda çəkisi 900 kiloqram olan 1098 ədəd narkotik tərkibli çətənə kolu,13 kiloqrama yaxın qurudulmuş marixuana, 2 ədəd ov tüfəngi və həmin silaha aid patronlar aşkar olunub.
Daxil olmuş məlumat əsasında keçirilən növbəti tədbir nəticəsində isə Tacəddin Kaltayev və Elnur Əliyev tutulub,şəxsi axtarış zamanı onlardan marixuana aşkarlanıb.Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni əvvəllər məhkum olunmuş İsrafil Əliyevdən aldıqları müəyyən edilib. Davam etdirilən tədbirlərlə İsrafil Əliyev də tutularaq istintaqa təhvil verilib və ondan satış məqsədilə üzərində daşıdığı 200 qrama yaxın marixauna götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində isə üzərində qanunsuz odlu-silah sursat gəzdirən rayon sakini Elxan Qarayev saxlanılıb. Həmin şəxsdən istifadəyə yararlı "Kalaşnikov" avtomatı, sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Aşkar edilən bütün faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirlir. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi,eləcə də rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mexikoda Xocalı abidəsinin yerləşdiyi meydanda yeni sistemin açılışı keçirilib - (Video)
-
"Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
-
"Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
-
Nigar Fərhad saxlanıldı
-
Ermənistanın sabiq prezidenti həbsə göndərildi
-
UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
-
Hərbi möhləti olanların diqqətinə - Bu halda ləğv ediləcək
-
Neft yenə ucuzlaşdı
-
Corc nişanlandı - (Fotolar)
-
Şampuna 1 çay qaşığı əlavə edin: Saç tökülməsini dayandırır, 2 dəfə sürətli uzadır
-
“Fənərbağça” 18 il sonra ÇL-nın əsas mərhələsində
-
Lokma şirniyyatı resepti
-
Yay bitmədən eşq qapını döyəcək: 5 bürcü romantik sürprizlər gözləyir
-
“Beyin çürüməsi” əsrində diqqəti cəmləməyin yolları
-
Elm adamları təkrar emal edilmiş plastikdən peçenye istehsal etdilər
-
Tomatlı yeməklərə 1 qaşıq əlavə edin: Turşuluğ, kəskin dad aradan qalxır
-
Rusiyanın ən varlı sənətçisi Sergey Jukovdur
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)





