Ölkə

Buzovnada qanunsuz tikililər söküldü - Bəs qalan daş qalıqları niyə təmizlənmir? - VİDEO

14 Avqust 2022 13:52
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililərin sökülməsi barədə məlumat vermişdik. Artıq söküntü işlərinin yekunlaşıb, lakin sökülmüş obyektlərdən qalan daş qalıqları ərazidən təmizlənmir. Sakinlər özləri, öz şəxsi hesablarına ərazini təmizləyirlər. Əməkdaşımız Şəbnəm Qurbansoy sözügedən yerdə son vəziyyətlə tanış olub. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qanunsuz tikililər söküldü, lakin ərazi daş və zibil qalıqlarından təmizlənmədi. 

Əlacsız qalan sakinlər qollarını çırmalayıb işə başladılar. 

Buzovna sakinləri iddia edir ki, ərazidə aparılan işlər yarımçıq qalıb. 

Sakinlər həmçinin iddia  edirlər ki, söküntü işləri zamanı etinasız yanaşdıqları üçün qədim qayalar zədələnib. Necə deyərlər, qaş düzətlmək əvəzinə vurub göz çıxarıblar. 

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da suallarımızı cavablandıran tapılmadı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.