Ölkə

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir - FOTO

11 Avqust 2022 11:52
0 Şərh     Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində "Tank biatlonu" müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hərbi qulluqçularımız beynəlxalq müsabiqəyə qatılacaqları tankların texniki vəziyyətini yoxlayıb, döyüş maşınlarının ştat silahlarından yoxlama atışları icra ediblər.

Komandamızın heyəti ilə görüşən general-mayor İlqar Lətifov onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından uğurlar və yarışlarda ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.

Qeyd edək ki, "Tank biatlonu" müsabiqəsində Monqolustan komandası ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 13-də başlayacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.