Ölkə

Sahibkarlara ŞAD XƏBƏR: yeni güzəştlər ediləcək - VİDEO

23 İyul 2022 17:22
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə başçısı tərəfindən təsdiq edilən ''2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası''nın Tədbirlər Planı ölkədə daha rəqabətə davamlı iqtisadiyyat formalaşdıracaq. Bu tədbirlər planı hər il ölkə iqtisadiyyatını artıracaq, qeyri-neft sektorunun inkişafına səbəb olacaq. Ekspertlər deyirlər ki, tədbirlər planında ölkə iqtisadiyyatında özəl sektorun payının 88 faizə çatdırılması əsas hədəflərdəndir. Bununla belə sahibkarlara xüsusi güzəştlərin edilməsi də nəzərdə tutulur.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, iqtisadiyyatla yanaşı planda əhalinin sosial rifahının inkişaf etdirilməsi və insan kapitalı da ön plana alınıb.

Eyni zamanda tədbirlər planında Qarabağla bağlı da məsələlərə də xüsusi diqqət yetirilib. Burada əsasən iki istiqamət-dayanıqlı məskunlaşma və işğaldan azad edilən ərazilərin ölkə iqtisadiyyatına reintiqrasiya prosesi məsələləri əsas götürülüb.

Ekspertlər deyirlər ki, bütün hallarda strategiyanın əsas məqsədlərindən biri dünya iqtisadiyyatında baş verən yeni çağırışlar fonunda ölkə iqtisadiyyatında mütərəqqi iqtisadi idarəetmə modelini formalaşdırmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.