Ölkə

Azərbaycan ordusunun hərbçisi həlak oldu

14 İyul 2022 09:22
4 Şərh     Baxış: 3 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda hərbçi avtomatdan açılan atəş nəticəsində vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, hadisə iyulun 13-ü saat 23 radələrində baş verib.

Belə ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.