Ölkə

Maştağa sakini qardaşının evinə qumbara atıb

9 İyul 2022 13:07
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maştağa sakini qardaşının evinə qumbara atıb.

DİN-dən Milli.Az-a verilən xəbərə görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R. İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub.

Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. İsakov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.