Ölkə

DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib

8 İyul 2022 11:07
0 Şərh     Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 9 faiz və ya 238 mln. manat çox olmaqla 2 mlrd. 806 mln. manat təşkil edib.

DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-iyun aylarında bu daxilolmalarda 12 faiz və ya 236 mln. manat artım baş verib.

Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 120 mln. manat artaraq 2 mlrd. 591 mln. manat olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.