Ölkə

Naxçıvana təyyarə biletlərinin baha olması məsələsi Milli Məclisdə qaldırıldı

17 İyun 2022 11:52
Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu günlərdə Azərbaycanda ən çox müzakirə edilən məsələ Naxçıvan əhalisinin gediş-gəlişi ilə bağlıdır. Təyyarə biletlərinin qiymətlərinin 60 manata qaldırılması böyük problemlər yaradır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, avtomobillə İrandan keçməklə Naxçıvana getmək əvvəllər 30 manat olsa da, indi 38 manata başa gəlir: "Digər bir problem isə təyyarə biletlərinin yoxluğudur. Biletlərin çoxu turizm şirkətlərinə satılır, yerli əhali buna görə problem yaşayır. İkincisi, Türkiyəyə olan qiymətlər çox bahadır. Buna görə də tələbələr İğdırdan Naxçıvana gəlməklə ölkəyə qayıtmaq istəyir. Yəni bilet qiymətlərinin artması bütövlükdə Azərbaycan əhalisi üçün problemə çevrilir. Bu məsələ üzərində hökumət çox ciddi düşünməli, problem həllini tapmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.