Ölkə

Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınıb? - Nazirlikdən AÇIQLAMA

16 İyun 2022 10:07
0 Şərh     Baxış: 1 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.

Bu barədə Milli.Az-a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu günə qədər dünyanın bir çox ölkəsində meymunçiçəyi virusuna yoluxma halı aşkarlanıb. Həmçinin ötən gün qonşu Gürcüstanda da virusa ilk yoluxma faktı təsdiqlənib.

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.