Ölkə

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatdı - FOTO

8 May 2022 17:38
0 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

May ayının 8-də "Yüksəliş" müsabiqəsinin Onlayn mərhələsinin son turu olan "Qabiliyyət üzrə imtahan"ı keçirilib.

Milli.Az xəbər verir ki, iştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla, iki sessiyada təşkil edilib.

Onlayn mərhələnin ilk turundan uğurla keçən 6041 namizəd Qabiliyyət üzrə imtahanda iştirak edib. İmtahanda verbal və rəqəmsal məlumatlarla işləmək bacarığının, abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə 3 bölmədə suallar təqdim edilib.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsinin Onlayn mərhələsinin hər iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Onlayn mərhələni başa vuran iştirakçıların "Qabiliyyət üzrə imtahan" nəticələri T-şkala əsasında hesablanaraq növbəti həftə ərzində şəxsi kabinet vasitəsilə təqdim ediləcək.

Qarşıda iştirakçıları 3 mərhələ - əyani, yarımfinal və final mərhələləri gözləyir.

"Yüksəliş" müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.