Ölkə

Mollalar ibadət yerlərinə necə təyin ediləcək? - Yeni qaydalar açıqlandı - VİDEO

8 May 2022 12:30
0 Şərh     Baxış: 1 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İbadət yerləri və ziyarətgahlara qadınlar da rəhbər təyin edilə biləcək. Bu din xadiminin təyin olunması qaydalarında öz əksini tapıb. Millət vəkili Ceyhun Məmmədov "XəzərXəbər"ə bu dəyişikliyin önəmi və prosesdə şəffaflığın necə təmin olunacağından danışıb. 

Yeni qaydalara əsasən ibadət yerlərinə qadın din xadimləri də  təyin oluncaq.. İbadət yerləri və ziyarətgahlara din xadiminin təyin olunması qaydası müəyyənləşib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib ki, "Dini etiqad azadlığı  haqqında " Qanuna dəyişiklik edilib. Bu qanuna əsasən  artıq dini ibadət yerlərinə din xadimlərinin təyin olunması  Dini Qrumlarla İş üzrə dövlət komitəsi tərəfindən həyata keçiriləcək. Millət vəkili qeyd edib ki, yeni qaydalarda konkret mexanizmlərin  olması şəffaflığı təmin edəcək. 

Ceyhun Məmmədov  bildirib ki, əvvəlki qaydalardan fərqli olaraq dini ibadət yerlərinə  qadın din xadimləri də  təyin oluncaq.

Orta və ali din təhsili , dini biliklər, dünyagörüş  bunlar tələb olunan şərtlər sırasındadır. Növbəti mərhələdə  də atestasiyaların keçirilməsinə başlanacaq deyə millət vəkili əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.