Ölkə

Sumqayıtda sərnişin avtobus sürücüsünü belə döydü - ANBAAN VİDEO

3 May 2022 11:22
1 Şərh     Baxış: 2 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində 7 nömrəli marşrurt xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobusun sürücüsünə hücum edilib.

Milli.Az Xezerxeber.az-a istinadən bildirir ki, sərnişin avtobusu saxlamadığı üçün sürücüyə öz etirazanı bildirib. Sürücü isə ona avtobusu yalnız dayanacaqda saxlayacağını deyib. Bu zaman sərnişin sürücüyə avtobusun pəncərəsindən hücum edib. Nəticədə avtobusun sürücüsü xəsarət alıb.

Hadisə şəhərin 7 nömrəli marşrurt xəttində baş verib.

Sürücü Məhəbbəs İsmalov deyir ki, onlar tapşırığa əsasən sərnişinləri yalnız dayancaqda düşürə və ya mindirə bilərlər. Məlum hadisə də elə buna görə olub. Baş verənlər avtobusdakı kamera vasitəsilə lentə alınıb.

Sürücü deyir ki, o, sadəcə öz vəzifə borcunu yerinə yetirib və hüquq- mühafizə orqanlarından məsələyə düzgün hüquqi qiymət verilməsini istəyir.

Baş vermiş hadisə ilə bağlı artıq polisə məlumat verilib. Sumqayıt şəhər Polis İdarəsindən bidlirildi ki, həmin sərnişinin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı 4-cü polis bölməsində araşdırlmalara başlanılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.