Ölkə

Yanğın havaya necə təsir edib? - AÇIQLAMA

29 Aprel 2022 09:57
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərsun Sənaye Parkı"nda baş vermiş yanğının atmosfer havasına təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb.

Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında daxil olan məlumatlara əsasən təyin olunan havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı - azot-4 oksid 1.2 dəfə, azot-2 oksid 3.7 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub.

U.Tağıyevanın sözlərinə görə, çirkləndiricilərin yüksək qatılığı əsasən gecə saatlarında qeydə alınıb. Belə ki, azot-4 oksid 3.5, azot-2 oksid 9, dəm qazı 2.1 dəfə normadan yüksək olub.

"Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.