Ölkə

Bakıda 8 yaşlı məktəbli intihar etdi - Məktəbdə incidirdilər...

27 Aprel 2022 12:45
5 Şərh     Baxış: 5 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.

Milli.Az bildirir ki, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.