Ölkə

Bakı metrosunda doqquz dəqiqə gecikmə: Sərnişin sıxlığı yarandı

27 Aprel 2022 09:18
0 Şərh     Baxış: 1 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı metrosunda qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, gecikmə metronun "İçərişəhər" stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə, ehtimal ki, ehtiyat qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval artıb:

"Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory