Ölkə

Şabranda 16 yaşlı oğlan itkin düşüb - FOTO

25 Aprel 2022 11:06
0 Şərh     Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şabran rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Xəbərə görə, S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur.
Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.