Ölkə

Bakıda 11-ci sinif şagirdi vəfat etdi

22 Aprel 2022 11:00
6 Şərh     Baxış: 5 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 11-ci sinif şagirdi vəfat edib.

Milli.Az xəbər verir ki, "Gənc İstedadlar" Liseyində təhsil alan 17 yaşlı Vaqif Məmmədov qəfil ürəktutmadan dünyasını dəyişib.

İlkin məlumata görə, valideynləri onu səhər məktəbə getmək üçün oyadıblar. Vaqif narahat olduğunu və yaxşı nəfəs ala bilmədiyini deyib. Bir müddət sonra nəfəsi darlaşıb və keçinib.

V.Məmmədov uşaq vaxtı qıcolma keçirsə də, həkimlər bunun normal olduğunu bildiriblər.

Qeyd edək ki, V.Məmmədov istedadlı şagird kimi tanınıb. Qazaxıstanda keçirilən beynəlxalq olimpiadada bürünc medal qazanıb. "Sabahın alimləri" IX Respublika Müsaqibəsinin mükafatçısı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.