Ölkə

CinemaPlus-da qorxulu Morbius - FOTO

4 Aprel 2022 13:00
0 Şərh     Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

28 Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında "Morbius" filminin qorxulu təqdimatı keçirilib.

Morbius, Columbia Pictures tərəfindən Marvel ilə birlikdə istehsal olunan Yaşayan Vampir Morbius personajının yer aldığı Marvel Comics əsasında hazırlanmış 2022-ci il Amerika superqəhrəman filmidir. Sony Pictures Releasing tərəfindən paylanmış bu, Sony-nin "Hörümçək Adam" Kainatında üçüncü filmdir.

Kinoteatrın foyesi filmin üslubuna uyğun dekor olunub. Elin Əhmədov oynadığı Morbius obrazının qeyri-adi görünüşü onu tabutda apararkən qonaqları şoka salıb. Sonra tədbir iştirakçıları böyük məmnuniyyətlə gecənin baş qəhrəmanı ilə foto şəkil çəkdirdilər.

DJ Yago, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilər qonaqlara xoş anlar yaşadıblar. Gecədə həmçinin, fotoqraflar və videoqraf da olub.

Filmin rejissoru Daniel Espinosadır. Baş rolu Jared Leto oynayıb. Filmdə həmçinin Maykl Kiton, Mett Smit, Adria Arhona, Jared Harris və başqa aktyorlar çəkilib.

Michael Morbius uşaqlıqdan nadir qan xəstəliyindən əziyyət çəkir və bütün yetkin həyatını müalicə tapmağa həsr edib. Bir gün Maykl yarasaların qanında mümkün bir xilası görür və riskli təcrübəyə qərar verir. Təcrübə gözlənilməz reaksiyaya səbəb olur: xəstə hüceyrələrlə əlaqəyə girərək, Morbiusun bədənini dəyişdirərək onu qaniçən bir canavara çevirir. 

Qeyd etmək istəyirik ki, "Morbius" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.