Bakının Nərimanov rayonunda sərxoş sürücü qəza törədərək üç nəfərin ağır yaralanmasına səbəb olub.
Milli.Az APA-ya istinadən bildirir ki, qəza Xətai prospektində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirərək yol kənarında su borusunun təmiri ilə məşğul olan Azərsu ASC-yə məxsus "MAN" markalı avtomobilə çırpılıb.
Toqquşma zamanı Azərsu ASC-nin boru təmiri ilə məşğul iki əməkdaşı və minik avtomobilinin sürücüsü ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Verilən məlumata görə, qəzanı törədən 99-GE-722 dövlət nişanlı "Mercedes"-in sürücüsü ağır dərəcəli sərxoş olub.
Milli.Az