Ölkə

Biləsuvarın sabiq icra başçısı 11 il azadlıqdan məhrum edildi

18 Mart 2022 17:13
1 Şərh     Baxış: 2 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az bildirir ki, Bakının Sabunçu rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib.

Vəkil çıxışında məhkəmədən təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib.
Mahir Quliyev də son sözündə vəkilinin çıxışını müdafiə edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Mahir Quliyev 11 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Biləsuvarın sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.