İdman

"Bu gün elə bil bir az yatmışdıq" - Samir Abasov

12 Fevral 2022 20:02
0 Şərh     Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qələbə bizim üçün önəmli idi. Bütün qələbələr lazım olur. Sadəcə indi çətin dönəmdə idik, indi daha çox lazım idi. Tək məşqçilərdən söhbət getmir. Hamı üçün bu qələbə vacib idi. İnşallah, bu oyundan sonra bir az gülümsəyərik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 finalında "Sabah"a 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün  elə bil bir az yatmışdıq. Komanda ikinci hissədə ayıldı. Bəzi oyunlarımız gec saatlarda olur. Amma bu gün saat 4-də başlamışdı. Bəlkə oyunçular buna görə bir az yatmışdı. Əsas odu ki, qalib gəldik. Futbolçular çox böyük iş gördülər" - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.