Ölkə

Son günlərdə paytaxt küçələrində sıxlıq yoxdur - VİDEO

11 Fevral 2022 17:30
0 Şərh     Baxış: 1 215
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxt küçələrini tıxacsız təsəvvür etmirik. Ancaq son vaxtlar Bakı yollarında sıxlıq xeyli azalıb.

Hətta günün pik saatlarında iflic vəziyyətinə düşən küçələrdə də indi avtomobillər rahat hərəkət edə bilirlər. Bunun da səbəbini sürücülər tələbələrin tətilə çıxmalarında görürlər.

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə tıxacların azalmasını bir neçə amillə əlaqələndirir.

Ekspertin fikrincə, tıxacların əsas səbəblərindən biri də Sumqayıtdan Bakıya işləmək üçün gələn insanların sayının çoxalmasıdır.

Ekspertin fikrincə, paytaxtda tələbə axınının sayının azaldılması da tıxac problemi qismən həll edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.